Rəfəh qırğını bir daha terrorçu sionist rejim kabinetinin çirkin üzünü göstərdi
Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan vurğulayıb ki, Rəfəh qırğını bir daha terrorçu sionist rejim kabinetinin çirkin üzünü göstərdi.
Beynəlxalq Ədalət Məhkəməsinin hücumların dayandırılmasına dair tələbindən sonra törədilən bu qətli-am bir daha terrorçu sionist rejim kabinetinin eybəcər üzünü göstərdi- deyə, Ərdoğan bildirib.
Türkiyə prezidenti əlavə edib: Cinayətkarlar ötən axşam təhlükəsiz bölgə elan olunmuş Rəfəh didərginlər düşərgəsində mülkilərə tərəf geniş miqyasda raket və bomba atıblar.
Digər tərəfdən, Belçikanın baş nazir müavini Petra di Suter də bildiribdir ki, sionist rejimin Rəfəh didərginlər düşərgəsinə qarşı hava basqınından dəhşətə gəlib.
Uşaqlar da daxil olmaqla mülkilərin ardıcıl şəkildə qırğın edilmələri beynəlxalq qanunlara ziddir və Beynəlxalq Ədalət Məhkəməsinin sionist rejimin Rəfəh didərginlər düşərgəsindəki hərbi əməliyyatının dayandırılmasına dair hökmünü kəskin tərzdə pozur- deyən Petra di Suter vurğulayıbdır ki: Biz İsrail rejiminin hərbi cinayətlərini tam şəkildə durdurmalıyıq!