Ərdoğan: HƏMAS Anadolunu da qoruyur
https://azeri.sahartv.ir/news/türkiyə-i411714-Ərdoğan_hƏmas_anadolunu_da_qoruyur
Türkiyə prezidenti bəyan edib ki, HƏMAS və Fələstin sadəcə öz torpaqlarını qorumur, eyni zamanda Anadolunu da müdafiə edir.
(last modified 2024-06-03T04:47:45+00:00 )
İyun 03, 2024 08:46 Asia/Baku
  • Ərdoğan: HƏMAS Anadolunu da qoruyur

Türkiyə prezidenti bəyan edib ki, HƏMAS və Fələstin sadəcə öz torpaqlarını qorumur, eyni zamanda Anadolunu da müdafiə edir.

Rəcəb Təyyib Ərdoğan AKP düşərgəsində çıxışı zamanı deyib: “Qəzzəyə göndərdiyimiz yardımlar fasiləsiz olaraq çatdırılır və müstəqil Fələstin dövlətinin yaradılması səylərinə güclü dəstək veririk”.

Onun sözlərinə görə, Fələstini tanıyan dövlət sayı 147-yə çatıb və bu sayın artması İsrailin işğalçılıq siyasətinə veriləcək ən mənalı cavabdır.