Türkiyə xunta rejimindən gələn təhlükə barədə xəbərdarlıq edir
Ərdoğan: Biz İsrailin regionu yandırmasına icazə verməyəcəyik
Türkiyə prezidenti sionist İsrail rejiminin regionu yandırmasına icazə verməyəcəyini vurğulayıb.
Təsnim Beynəlxalq Xəbər Agentliyinin məlumatına əsasən, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan çərşənbə günü Təl-Əvivə qarşı bəyanatlarını davam etdirərək, Ankaranın sionist rejimin bütün regionu yandırmaq cəhdlərini qınayıb.
Cənab Ərdoğan Ankarada keçirilən Ədalət və İnkişaf Partiyasının qurulmasının 23-cü ildönümü mərasimində deyib: “Biz xarici siyasətimizdə konstruktiv, aktiv və balanslı mövqeyimizi davam etdirəcəyik və İsrailin regionu yandırmaq cəhdlərinə qarşı çıxacağıq”.
Qeyd edək ki, Qəzzədə dinc əhalinin öldürülməsini tənqid edən Ərdoğan son vaxtlar Təl-Əvivi belə tənqid edib: “İsrail terror qruplaşması kimi davranır. Ən qısa zamanda onun soyqırımı, barbarlıq və vəhşiliyi dayandırılmalıdır”.