Sen 15, 2024 12:54 Asia/Baku
  • Türkiyə prezidenti növbəti dəfə xunta rejiminin vəhşiliyini ancaq qınayıb

Türkiyə prezidenti ölkəsinin vətəndaşı Ayşenur Ezgi Eyginin İsrail rejimi tərəfindən qətlə yetirildiyindən sonra belə bu rejimə qarşı sərt addım atmağa hazır deyil.

Rəcəb Təyyib Ərdoğan ən sərt reaksiya olaraq, bildirib ki, Qəzzədə zolağında və işğal olunmuş Fələstin torpaqlarında 90-cı illərdə Bosniya və Herseqovinada törədilən soyqırımına bənzər qətliam baş verir. 

Ərdoğan bu bəyanatları və qorxaq mövqelərini o halda təkrarlayır ki, İsrail rejimi ilə ticarət əlaqələrini belə kəsmir.

Özünü Fələstin xalqı ilə həmrəy göstərib, İsrail rejiminə yanacaq ixrac edən Türkiyə hökuməti xalq tərəfindən qınaq obyektinə çevrilib.