Türkiyənin dövlət televiziyası İranla düşmənçilik edən medialara qoşuldu
TRT-nin baş direktoru: “İranı rahatsız etmək durumundayız”
TRT-nin baş direktoru Zahid Sobacı TRT Fars kanalının 2024-cü ilinsonunda açılacağını, İranı narahat etməli olduqlarını bildirməkləqalmaqal yaradıb.
Bursa Uludağ Universitetinin 2024-2025-ci tədris ilinin açılışmühazirəsinə qatılan TRT baş direktoru Zahid Sobacı Türkiyəninbeynəlxalq aləmdəki roluna diqqət çəkərək, xarici siyasətə uyğunbeynəlxalq yayım həyata keçirdiklərini bildirib. Sobacının xüsusilə İranaünvanladığı mesajlar diqqət çəkib.“Bu ilin sonunda TRT Fars kanalını açacağıq və İranı narahat etməliyik”deyən Sobacı Türkiyənin beynəlxalq böhranlara meydan oxuyan yeganəölkə olduğunu iddia edib.Sobacı TRT-nin Türkiyənin xarici siyasətdəki güclü mövqeyini vəbeynəlxalq aləmdə səsini eşitdirmək üçün mühüm bir vasitə olduğunuvə TRT Fars kanalının bu istiqamətdə atılan mühüm addım olduğunuqeyd edib. Bəs Sobacının İranın ünvanına səsləndirdiyi fikri qonşuölkəyə qarşı təhdid adlandırmaq olarmı?Sual yaranır: Əgər Sobacı FETÖ terror təşkilatının məqsədlərini yerirəyetirirsə, Ərdoğan hökumətinin TRT kimi nəhəng bir mediaya nəzarətiona tapşırması hansı məntiqə uyğun gəlir?Bəlkə də heç FETÖ-dan söhbət getmir, sionist rejim xərçəng şişi olaraqTürkiyədə müxtəlif media və mətbu orqanlarına kök salıb və onların əliilə iki qardaş ölkənin münasibətlərini pozmağı hədəfləyib. Belə birşəraitdə top prezident Ərdoğanın meydançasındadır: O, İsrailin türkmediasına sızmasına qarşı mübarizə aparacaq, yoxsa İranlamünasibətlərin pozulmasına razı olacaq?Hər halda Sobacı təxribatı və TRT başqanının İrana dil uzatmasıqarşısında necə davranmaq Türkiyə rəhbərliyi üçün ciddi bir sınaqdır.