Okt 16, 2024 17:40 Asia/Baku

Türkiyədə bu gün yerli vaxtla saat 10:46-da 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin mərkəzi Malatya olub.

Baş verən zəlzələ nəticəsində Malatya, Şanlıurfa və Elazığda hər birində bir bina olmaqla ümumilikdə üç binada qismən uçqun baş verib.

Türkiyənin  daxili işlər naziri Ali Yerlikaya özünün "X" hesabından bu barədə məlumat verərək zəlzələ nəticəsində həlak olan və ya yaralananların olmadığını deyib.

Nazir bildirib ki, zəlzələdən sonra Malatya, Diyarbəkir, Şanlıurfa, Elazığ, Batman, Tunceli vilayətlərində AFAD və aidiyyəti qurumlar sahə axtarış işlərini davam etdirir.

Qeyd edək ki, zəlzələdən sonra məktəblərdə dərslər birgünlük dayandırılıb.

5,9 bal gücündə zəlzələnin mərkəzi Malatya olub.