İran prezidenti sonra deyib: Olmaya, bəziləri regionun əmin-amansızlığından sevinirlər? Dünyada sənayeyə bu cür rövnəq vermək istəyirlər? Qərb ölkələrində bu cür iş yerləri yaratmaq istəyirlər? Fəhlənin filan silahqayırma zavodunda işləməsi Bağdad, Dəməşq və Sənada əhalinin qırğını ilə nəticələnir.
İran prezidenti belə qeyd edib: Gərək əhali öldürülsün, sivilizasiya əsərləri dağıdılsın və zahirdə terrorizmə qarşı koalisiya da yaradılsın! Amma həqiqət nədən ibarətdir? Nə üçün günahsız əhalinin bombalanmasını dəstəkləyirsiniz? Nə üçün dildə və əməldə etnoslar və məzhəblər arasında ixtilafı himayə edirsiniz? Biz, şiə və sünni, türk, fars, bəluç, ərəb və türkmən əsrlər boyu birlikdə yaşamışıq və savaş və ixtilafımız olmayıb.
Ruhani: Bəzi Qərb ölkələri regiondakı əmin-amansızlıqdan mənfəət qazanırlar
May 06, 2015 07:05 Asia/Baku
-
İran prezidenti höccətulislam vəlmuslimin Həsən Ruhani bu gün səhər 28-ci Tehran Beynəlxalq Kitab Sərgisinin
Fars xəbər agentliyinin məlumatına görə, İran prezidenti höccətulislam vəlmuslimin Həsən Ruhani bu gün səhər 28-ci Tehran Beynəlxalq Kitab Sərgisinin
Fars xəbər agentliyinin məlumatına görə, İran prezidenti höccətulislam vəlmuslimin Həsən Ruhani bu gün səhər 28-ci Tehran Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində deyib: Təəssüflər olsun ki, regionumuzda qırğın, terror, partlayış və məhvetmə əsrlər boyu mövcuddur, dünya bizim problemimizə gülməsin və amerikalı və ya avropalı ölkələrin fəalları bu və ya başqa ölkəyə daha çox silah satması ilə fəxr etməsinlər; onlar regionu əmin-amansız edirlər, ölkələri bir-biriləri ilə qorxudurlar, silah bazarına zəmin yaradırlar və iftixar edirlər ki, bu ölkələrə milyardlarla dollar və avro silah satıblar və ya satırlar.
Teqlər