Avq 13, 2020 18:05 Asia/Baku
  • İranda 292 mindən çox insan koronavirusdan sağalıb

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat katibi COVİD-19 infeksiyasına iki min yeni yoluxma faktının qeydə alındığını, 292 mindən çox xəstənin bu virusdan sağaldığını bildirib.

SəhərAzəri xəbər verir, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat katibi Sima Sadat Ları ölkədə koronavirusla bağlı son statistikanı açıqlayarkən, deyib: "İranda son 24 saat ərzində qəti diaqnostika meyarlarına əsasən, COVİD-19 infeksiyasına iki min 625 yeni yoluxma faktı qeydə alınıb, onlardan min 246 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilib".

Larinin sözlərinə görə, İranda koronavirusa yoluxanların ümumi sayı 336 min 324 nəfərə çatıb, son sutkada 174 nəfər bu virusudan həyatını itirib, beləliklə də koronavirus qurbanlarının ümumi sayı 19 min 162 nəfərə yüksəlib.

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat katibi indiyədək 292 min 58 nəfərin müalicə olunaraq, sağalıb xəstəxanadan evə buraxıldığını bəyan edib.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 20 milyon 827 min nəfərə çatıb, onlardan 747 min nəfər bu virusun qurbanı olub, ən azı 13 milyon 723 min nəfər isə sağalaraq, xəstəxanalardan evə buraxılıb.

Teqlər