Təl-Əvivdə anti-rasizm aksiyası
https://azeri.sahartv.ir/news/xəbərlər-i49-təl_Əvivdə_anti_rasizm_aksiyası
İşğal olunmuş ərazilərin sakinlərindən Efiopiya mənşəli yüzlərlə nəfər bir daha İsrail polisinin irqi ayrı-seçkiliyi və zorakılığına qarşı aksiya keçirib
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 19, 2015 06:44 Asia/Baku
  • usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa
    usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa usa ksa

İşğal olunmuş ərazilərin sakinlərindən Efiopiya mənşəli yüzlərlə nəfər bir daha İsrail polisinin irqi ayrı-seçkiliyi və zorakılığına qarşı aksiya keçirib

Səhər kanalının məlumatına görə, bu aksiya dünən ən güclü təhlükəsizlik tədbirləri altında Təl-Əviv küçələrindən birində keçirilib və aksiyaçılarla təhlükəsizlik qüvvələrinin qarşıdurması ilə nəticələnib. Belə bir halda, işğal olunmuş ərazilərdə yaşayan Efiopiya mənşəlilər son həftələr ərzində Beytulmuqəddəs, Təl-Əviv və Hayfa şəhərlərində geniş anti-rasizm aksiyaları keçiriblər.
Son həftələr ərzindəki kobud aksiyalara əsasən, yüzlərlə sionist polis məmuru aksiyaçıları yatırtmaq üçün Təl-Əvivdə yerləşib. Belə bir halda sionist rejim başçıları bazar günü işğal olunmuş Fələstin ərazilərində irqi ayrı-seçkiliyin olmasını etiraf ediblər. İsrail rejimi ötən milad əsrinin 80 və 90-cı onilliklərində iki axında "flaşmora" adlı Efiopiya mənşəliləri işğal olunmuş Fələstin ərazilərinə köçürdü.