İyun 01, 2018 05:17 Asia/Baku
  • Bu gün İmam Həsən Muctabanın (ə) viladətinin ildönümü günüdü
    Bu gün İmam Həsən Muctabanın (ə) viladətinin ildönümü günüdü

Bu gün dünya şiələrinin ikinci imamı Həzrət İmam Həsən Muctabanın (ə) səadətli viladətinin ildönümü günüdür.

3-cü hicri qəməri ili 15 Ramazanda Mədinə şəhərində dünyaya göz açan İmam Həsən Muctaba (ə) dünya şiələrinin birinci imamı Əli İbn Əbitalibin (ə) və əziz peyğəmbərin qızı Həzrət Fatimə Zəhranın (s.ə) ilk övladıdır. 

Həzrət Əli (ə) və Həzrət Fatimə (s.ə) övladları dünyaya gəldiyi gündə onu Allahın peyğəmbərinin yanına apardılar ki, ona ad qoysun. Peyğəmbər (s.ə.s) da Allahın əmri ilə onun adını Həsən (yaxşılıq və bəyənilmiş) qoydu. 

İmam Həsən (ə) həyatının yeddi ilini babası islam peyğəmbərinin (s.ə.s) sevgisi sayəsində keçirmək fəxrinə nail oldu. O həzrət bu dəyərli fürsətdə əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) nurlu vücudundan faydalandı və ondan sonra 30 il əziz atası Həzrət Əlinin (ə) ayıq-sayıq şagirdi və sədaqətli köməkçisi oldu. 

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı Həzrət İmam Həsənn Muctabanın (ə) səadətli viladəti münasibəti ilə bütün Əhli-Beyt (ə) aşiqlərini təbrik edir. 

Teqlər