Fev 05, 2019 21:52 Asia/Baku

İran İslam İnqilabının bərəkətli ömründən ötən 40 ildə inkişaf zirvələri sürətlə fəth edilməkdədir və bu yol, bütün problemlərə və məhdudiyyətlərə rəğmən İran xalqını aydın gələcəyə aparır.

Verilişin müddəti : 00:03:24

Tarix : 2019/02/05

-------------------------------------------------------------------------

         

İslam İnqilabının ötən 40 ildə əldə etdiyi nailiyyətlər dünyanın heyrətinə səbəb olub. İslam İnqilabı və İran xalqı ilə düşmən olanların mənfi təbliğatlarına və ötən illərdə əldə edilmiş uğurları əhəmiyyətsiz qələmə vermək cəhdlərinə baxmayaraq, bütün sahələr üzrə əldə edilmiş nailiyyətlər hiss olunasıdır.

Tehranın İmam Xomeyni(rə) müsəllasında keçirilən "İqtidar 40" sərgisində silahlı qüvvələrin müdafiə, quruculuq, sosial problemlər ilə mübarizə və digər sahələrdəki nailiyyətləri nümayiş etdirilir. Bu reportajda quruculuq sərgisinə baxış keçirərək, ötən 40 ildə quruculuq və sosial problemlər ilə mübarizə sahəsində əldə edilmiş uğurlar ilə tanış  olmağa çalışacağıq.

Hüseyn Şirvani - Sərginin icraçı müdiri: "Amerika və İsrail rejiminin İran xalqının İslam İnqilabının 40-cı ildönümünü görməyəcəklərini iddia etdiklərini nəzərə alaraq, "İqtidar-40" adlı sərgi təşkil edilib. Xalq bu sərgidə ötən 40 ildə əldə müxtəlif sahələrdə əldə edilmiş uğurları müşahidə edə bilər. Bu uğurlardan biri quruculuq və sosial problemlər ilə mübarizədir. Və ordu, hüquq-mühafizə qüvvələri, Sepah, Müdafiə Nazirliyi və Bəsic qüvvələri müdafiə, quruculuq və sosial problemlər ilə mübarizə sahəsindəki nailiyyətlərini bu sərgidə nümayiş etdirir."

Əfşin Qudərzi - Xatəmül Ənbiya Qərargahından: "Neft, qaz və neft-kimya sahəsində "Setare Xəlice Fars" neftayırma zavoduna işarə etmək olar. Bu zavod gün ərzində 37 milyon litr benzin istehsal edir. Və ya Cənubi Pars qaz yatağının istismarı. Su bəndləri sahəsində də bu qərargah 62 su bəndi quraşdırıb. Bu da ölkənin su anbarlarının  yarısı deməkdir. Yol və dəmir yolu sahəsində də bu qərargah müxtəlif magistral yolların və dəmir yollarının çəkilməsində iştirak edib. Həmçinin, su və elektrik enerjisi, mədən, kənd təsərrüfatı, texniki-mühəndislik xidmətləri, tibb və səhiyyə, elmi araşdırmalar, az təminatlı ailələrin cehizlə təmin edilməsi, məktəblərin tikilməsi və İraqda yerli işçi qüvvəsi hesabına müqəddəs məkanların bərpasında da geniş iştirakımız var."

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər