Fev 12, 2019 20:44 Asia/Baku
  • Tramp ABŞ-ın

ABŞ prezidenti İran xalqının İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü münasibətilə "22 Bəhmən" (11 fevral) yürüşündəki əzəmətli iştirakına reaksiya olaraq, Tvitter-də fars və ingilis dillərində mesajlar paylaşıb.

Donald Tramp bazar ertəsi günü axşam bir daha özünü gülünc vəziyyətə salaraq, İranı terrorizmi himayə etməkdə ittiham və iranlıların xeyli vaxtdır ki, əzab çəkdiklərini iddia edərək, iranlıların daha yaxşı bir gələcəyə layiq olduqlarını deyib. 

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif də Trampın bu sərsəm mesajlarına reaksiya olaraq Tvitter-də yazıb: Amerikalılar 40 il ötsə də, hələ də dərk edə bilməyiblər ki, iranlılar hegemonçuluğa təslim olmayacaqlar. 

Zərif əlavə edib: 40 il yanlış qərarlardan sonra artıq Donald Trampın ABŞ-ın uğursuz siyasətlərinə düzəliş etməsi zamanı çatıb. 

İran xalqı İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü münasibətilə 11 fevralda bir daha qələbə yürüşündə iştirak edərək, İslam İnqilabının hədəf və məqsədləri habelə, İslam İnqilabının Böyük Rəhbəri ilə beyətini təzələmiş oldu. 

Teqlər