May 13, 2019 10:02 Asia/Baku
  • Fəlahətpişe: Fars Körfəzinin cənubunun təhlükəsizliyi kövrəkdir

İran İslam Şurası Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Heşmətollah Fəlahətpişe dünən gecə əmirliklərin Fucəyrə limanında bir neçə partlayışın baş verməsinə reaksiyada yazıb: Fucəyrə partlayışları göstərdi ki, Fars Körfəzinin cənubunun təhlükəsizliyi kövrəkdir.

Medialar dünən əmirliklərin Fucəyrə limanında bir neçə güclü partlayışın baş verməsindən xəbər verdilər. Bu partlayış nəticəsində yeddi-on tanker alovlanıbdır.

Əmirliklər öncə bu partlayışları dandı, amma nəhayət bir neçə saat xəbər senzurasından sonra bildirdi ki, əmirliklərin sularının yaxınlığında dörd ticarət gəmisi təxribatçılıq hərəkətləri hədəfinə tuş gəlibdir.

İnformasiya mənbələri bildiriblər ki, neft qiymətinin artmasından irəli gələn nigarançılıq bais olub ki, əmirliklərin başçıları bu barədə xəbər senzurasına əl ataraq, hər cür hadisənin baş verdiyini təkzib etsinlər.

Fucəyrə limanı əmirliklərin neft ixracatı üzrə ən mühüm limanıdır və ondan gündə bir milyon 800 min barrelədək neft ixrac edilir.

Teqlər