Ruhani: İran terrorizmin dünyanın digər məntəqələrinə sızması və yayılmasına mane olubdur
İran İslam Respublikası prezidenti İranın Suriya və İraqda təkfirçi terrorizmlə mübarizədəki roluna toxunaraq, vurğulayıb: İran İslam Respublikası terrorizmin dünyanın digər nöqtələrinə sızması və yayılmasına mane olubdur.
Həsən Ruhani bu gün səhər Taçikistanın Düşənbə şəhərində keçirilən beşinci SİKA(CICA) sammitində, iclasda iştirak edən ölkələrin dövlət başçılarına xitabən deyib: Hazırkı şəraitin həssaslığına görə, yerinə düşərdi ki, SİKA-ya üzv ölkələr aqilanə siyasət yürüdüb, çoxvektorluluq prosesini gücləndirərək, təkvektorluluq ilə mübarizə aparsınlar.
İran prezidenti əlavə edib: Tehran dəfələrlə ümumi təhlükəsizlik və sülhün təmin edilməsi məqsədilə iki və çoxtərəfli siyasi və təhlükəsizlik mexanizmlərinin hazırlanaraq qəbul edilməsi üçün öz hazırlığını elan edibdir.
“Uzun keçmişə malik olan Fələstin problemi region və dünyada zorakılığın yayılması və əmin-amansızlığın ən mühüm amilidir” deyən Ruhani belə qeyd edib: Beynəlxalq ictimaiyyətin Qolan təpələrinin sionist rejimin hökmranlıq etiyi əraziyə qatılmasına dəstəyə, Amerikanın qanunsuz şəkildə öz səfirliyini Qüdsi-Şərifə köçürməsinə və sionist rejimin qeyri-qanuni hərəkətlərinə məhəl qoymaması səbəb olub ki, bu böhran üçün əhatəli və ədalətli həll yoluna nail olmaq keçmişdəkindən daha çox əlçatmaqdan uzaq olmuş olsun.
İran prezidenti həmçinin ABŞ-ın hazırkı hökumətinin region ölkələrini səbatsızlaşdırmaq üzrə siyasətlərinin roluna işarə edərək, deyib: Bu siyasətlər bütün region xalqlarının əsas və təbii hüquqlarından olan “müqəddəratın təyin edilməsi” haqqını pozubdur.
İran prezidenti Amerikanın nüvə anlaşmasından çıxmasına və İrana qarşı birtərəfli qanunsuz sanksiyaları bərpa etməsinə işarə edərək, deyib: İran birtərəfli şəkildə nüvə anlaşmasının yeganə sadiq tərəfi kimi qala bilməz və sair ölkələr də bu mühüm anlaşmanın qorunması üçün öz paylarına düşən vəzifəni yerinə yetirməlidirlər.
Ruhani vurğulayıb: İran İslam Respublikasının xarici siyasəti həmkarlıq, həmçinin ortaq maraqlar, qarşılıqlı mənfəətə nailolma yollarının tapılması və bir sözlə, uduş-uduş siyasətidir.
İran, Qazaxıstan, Əfqanıstan, Pakistan, Cənubi Koreya, Çin, Rusiya, Hindistan, Fələstin, Monqolustan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Azərbaycan və Tailand SİKA üzvlərindəndirlər.
.