Hüseyn(ə) Ərbəinində İran matəmə qərq olub
İslami İran Hüseyn(ə) Ərbəinində- dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn(ə)-ın və onun vəfalı köməkçilərinin şəhadətinin qırxıncı günündə matəm və əzadarlıq içindədir.
Bu gün 1441-ci hicri qəməri ili səfər ayının 20-si, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn(ə)-ın və onun vəfalı köməkçilərinin Kərbəla düzündə şəhadətinin qırxıncı günüdür.
Çoxlu sayda müsəlman və digər dinlərin davamçıları Ərbəinə bir neçə gün qalandan Nəcəf şəhərindən Kərbəlayadək olan təqribən səksən kilometrlik yolu piyada şəkildə gedərək, özlərini o həzrətin Müqəddəs Kərbəladakı pak ziyarətgahına çatdırıblar.
Həzrət İmam Hüseyn(ə)-ın və onun vəfalı köməkçiləri 61-ci hicri qəməri ili məhərrəm ayının onunda Kərbəlada şəhid oldular.
Həzrət İmam Hüseyn(ə) Kərbəla hadisəsinin bəyanında Məkkədən Kərbəlaya gedən yolda və şahadət anınadək açıq şəkildə bildirdilər: Məqsəd, Yezidin İslama zidd hökumətini rüsvay etmək, əmr be məruf və nəhy əz münkər-i bərpa etmək və zülm qarşısında dayanmaqdır və əsl Muhəmməd İslamını yaşatmaqdan savayı, başqa bir hədəfi yoxdur.
İslami İranın xalqı dünən gecə şəhidlər ağasının şəhadətinin qırxıncı gecəsi mərasimində Hüseyn(ə) Tasuası və Aşurası gecələrində olduğu kimi hüseyniyyələr və məscidlərdə, həmçinin dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rza(ə)-ın müqəddəs Məşhəd və Həzrət Məsumə(s.ə)-nın müqəddəs Qum şəhərindəki pak ziyarətgahlarında əzadarlıq edib.
Növhəxanlıq, sinə və zəncir vurma, Həzrət İmam Hüseyn(ə)-ın yeri və şəxsiyyəti barədə çıxışlar İslami İranın mömin və hüseyni xalqının Ərbəin gecəsi və günündəki mühüm tədbirlərindəndir.
İran İslam Respublikasının TeleRadio Təşkilatı Hüseyn(ə) Ərbəini münasibətilə dünya şiələri xüsusiyyət təşkil etməklə bütün müsəlmanlara və dünyanın digər azadlıqsevərlərinə başsağlığ verir.