İlham Əliyev: Azərbaycan, Rusiya və İran arasında elektrik dəhlizi fəaldır
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev deyib: Hal-hazırda İran, Azərbaycan və Rusiya arasında enerji dəhlizi fəaldır.
Əliyev Rusiya-24 telekanalı ilə müsahibədə Azərbaycan, Rusiya və İran arasında elektrik enerjisi üzrə geniş əməkdaşlıq potensialının mövcud olduğunu bildirərək deyib: 3 ölkənin energetika nazirləri davamlı görüşlərdə bu sahədə gələcək əməkdaşlıqları araşdırırlar.
Azərbaycan Respublikasının prezidenti bu əməkdaşlıqların elektrik enerjisi üzrə müştərək bir sistemin yaradılması ilə nəticələnəcəyi barədə verilən suala cavabda deyib: Bu vacib məqsəd reallaşmaqdadır.
İlham Əliyev Azərbaycan Respublikasının elektrik enerjisi sahəsində Rusiya ilə əməkdaşlıqlara malik olduğunu və bu əməkdaşlıqların son dərəcə səmərəli olduğunu bildirərək deyib: İki ölkə, fövqəladə hallarda elektrik enerjisinin təmini sahəsində biri-birinə yardım edir.
İlham Əliyev deyib: Azərbaycan Respublikası hal-hazırda Gürcüstan, Türkiyə və bəzi Avropa ölkələrinə elektrik enerjisi ixrac edir.
Azərbaycan Respublikası prezidenti deyib: Biz İranla da yeni elektrik nəqli xəttini inşa etmişik və hal-hazırda İran, Azərbaycan və Rusiya arasında elektrik enerjisi dəhlizi fəaldır.