Yan 01, 2020 11:30 Asia/Baku
  • İran ABŞ-ın anti-Tehran ittihamını İraqın 17 il işğalından yayınma adlandırıb

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi ABŞ-ın anti-Tehran ittihamını İraqın 17 il işğalından və bu ölkənin yüz minlərlə günahsız vətəndaşının qırğın edilməsindən yayınma adlandırıb.

Məcid Təxte Rəvançi dünən axşam Amerikanın Bağdaddakı səfirliyinə qarşı hücum qarşısında İran İslam Respublikasına ittiham vurmasına cavab olaraq, Amerikanın İrana qarşı ittihamlarının diqqətləri İraq xalqınn Vaşinqton tərəfindən iraqlılara qarşı son qırğın əleyhinə əsəbiliyindən yayındırmaq üçün olduğunu bildirib.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi əlavə edib: Həşduşşəbi və onun qolları sırf iraqlı bir qrupdur. Bu qrup hakim, qanuni və demokratik İraq hökumətinin nəzarəti və onun qanunları altında fəaliyyət göstərir. Bu qrup İŞİD terror qrupu ilə mübarizədə və onun İraqda məğlub edilməsində mühüm rola malik olubdur.

Amerika prezidenti Donald Tramp və bu ölkənin digər rəsmiləri İraqın Əlhəşduşşəbi qüvvələrinin qərargahına qarşı son hücumdan sonra İranı bu hadisələrin amili kimi göstərməyə çalışırlar.

Minlərlə etirazçı iraqlı dünən Bağdadın Yaşıl bölgəsində olaraq, Əlhəşduşşəbi şəhidlərinin cənazələrini müşayiət edib, sonra isə Amerikanın Bağdaddakı səfirliyi önünə toplaşaraq, “Amerikaya ölüm!” şüarı veribdir.

Hiddətlənmiş iraqlı etirazçılar Amerikanın bayrağını bu ölkənin Bağdadın Yaşıl bölgəsində yerləşən səfirliyi qarşısında yandırıblar. Onlar bu səfirliyin bağlanması və onun səfirinin İraqdan qovulmasını tələb ediblər.

Amerikalı pilotsuzlar bazar günü gecə İraqın Suriya ilə sərhədində yerləşən Əlqaim şəhərində Əlhəşduşşəbinin 45 və 46-cı diviziyalarının mövqelərini hədəfə aldılar. Bu hücumda Əlhəşduşşəbinin azı 25 üzvü şəhid oldu, 51 nəfər də yaralandı.

 

Teqlər