Yan 03, 2020 15:49 Asia/Baku
  • General-leytenant Soleymaninin şəhadəti amilləri sərt intiqamı gözləsinlər

İran Silahlı Qüvvələrinin Baş Qərargahı bir bəyanatda İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin və Əbu Məhdi Əlmuhəndisin şəhadəti ilə bağlı başsağlığı verərək, vurğulayıb: Şübhəsiz, bu cinayətin amilləri və ona göstəriş verənlər sərt və peşmanedici intiqamın intizarında olmalıdırlar.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün bu bəyanatda əlavə edib: General-leytenant Soleymani cinayətkar Amerikanın yerləşdirdiyi terrorçu və təkfirçi qruplarla mübarizədə və İslamın müdafiəsində mühüm və bənzərsiz rol oynayıbdır.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı sonra belə qeyd edib: İslam ümməti, o sıradan İraq xalqı general-leytenant Soleymaninin təkfirçi terrorçularla mübarizədə bu xalqın və Həşduşşəbinin kənarındakı fədakarlıqlarının şahidi olub və dəfələrlə İslamın müdafiəsində İran və İraq gənclərinin qanları yerə axıdılıbdır.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı vurğulayıb: Bu cinayətlə Amerika və sionist rejimin başçılığı altında olan dünya imperializminin ağzına digər bir möhkəm yumruq vurulacaqdır.

General-leytenant pasdar Qasem Soleymani bu gün səhər tezdən təcavüzkar və terrorçu amerikan qüvvələrin hava hücumunda İraqın Bağdad şəhərinin beynəlxalq hava limanının yaxınlığında şəhid edilibdir.

 

Teqlər