General Qaani Sepah-ın Qüds qüvvələrinin komandanı təyin edilib
İran İslam Respublikası Silahlı Qüvvələrinin ali baş komandanı Həzrət Ayətullahuluzma Xamenei briqada generalı pasdar Esmail Qaanini İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı təyin ediblər.
İran İslam Respublikası Silahlı Qüvvələrinin ali baş komandanının hökmündə deyilir: Yüksək dərəcəli şəhid, iftixarlı general Hacı Qasem Soleymani(r.ə)-in göyləyə ucalmasının ardınca İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanlığını Müqəddəs Müdafiədə Sepah-ın tanınmış komandanlarından olan və uzun illər şəhid generalın kənarında bölgədə xidmət göstərmiş möhtərəm pasdar briqada generalı Esmail Qaani-yə tapşırıram.
Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: O qüvvələrin proqramı eynilə şəhid Soleymaninin komandanlığı dövründə olan proqramdır.
İran İslam Respublikası Silahlı Qüvvələrinin ali baş komandanı həmçinin həmin qüvvələrin bütün əməkdaşlarını general Qaani ilə həmkarlıq etməyə çağırıb və onun üçün ilahi hidayət və uğur diləyiblər.