Yan 10, 2020 16:20 Asia/Baku
  • İran dövləti sözçüsünün mühüm bəyanatı
    İran dövləti sözçüsünün mühüm bəyanatı

İran İslam Respublikası dövlətinin sözçüsü bir bəyanat yayıb. O, bu bəyanatda İran İslam Respublikası dövlətinin təyyarə qəzasında əzizlərini itirmiş ailələrə başsağlığı verərək, Ukrayna təyyarəsinin süqut etməsilə bağlı bir neçə zəruri cəhəti qeyd edib.

Bəyanatda qeyd olunan cəhətlər bunlardır:

1. Hazırda İran İslam Respublikasının Aviasiya Təşkilatı təyyarə qəzası hadisəsini araşdırmaq üçün İKAO-nun qaydaları əsasında bir komitə təşkil edib və tam şəffaflıq, diqqət və sürət, həmçinin bütün əlaqədar ölkələrdən olan ekspertlərin iştirakı ilə bu aviaqəzanı bütün texniki və icra cəhətlərindən araşdıracaq və tam şəkildə məlumat verəcəkdir.

2. Beynəlxalq qanunlara əsasən, hadisənin baş verdiyi ölkə, yəni İran, uçuş səlahiyyəti icazəsini vermiş və təyyarənin sahibi olan ölkə, yəni Ukrayna, təyyarəni düzəltmiş zavodun mənsub olduğu Amerika, təyyarə mühərrikini düzəltmiş zavodun mənsub olduğu ölkə- Fransa araşdırma prosesində iştirak edə bilərlər. Hazırda Ukraynanın nümayəndəsi İrandadır. Biz Boeinq şirkətindən də qara qutunun araşdırılması prosesində iştirak etməsi üçün öz nümyəndəsini göndərməsini istəyirik.

3. Vətəndaşları bu kədərli hadisədə həlak olmuş digər əlaqədar ölkələrin də araşdırma prosesində iştirak etmələrini alqışlayırıq.

4. Psixoloji əməliyyatda tanınmış və tamamilə ölçülüb-biçilmiş bir üsulla adının gizli qalmasını istəyən Pentaqon-dan olan məlumatlı bir mənbəyə istinadla Ukrayna təyyarəsinə iki raketin atılması hay-küylə medialarda əks etdirilib. Gələcəkdə bu yalan iddianın həqiqətdən uzaq olduğu aydınlaşandan sonra heç kəs bu böyük yalanın məsuliyyətini üzərinə götürməyəcək.

5. Tövsiyə edirik ki, Amerika hökuməti yalan yaymaq və psixoloji bir əməliyyatı formalaşdırmaq yerinə, yuxarıdakı bənddə qeyd olunan komitələrin araşdırmalarının nəticələrinə diqqət etsin.

 

Teqlər