Suriya ordusu Zitan qəsəbəsinə nəzarəti təmin edib
-
Suriya ordusu Zitan qəsəbəsinə nəzarəti təmin edib
Suriya ordusu ölkənin şimalında Hələbin ətrafında terrorçuların mövqelərini məhv edərək strateji əhəmiyyətə malik olan Zeytan qəsəbəsini ələ keçirib.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Suriya ordusu Zeytan qəsəbəsini azad edərkən terrorçulara ağır ziyan vurub.
İdlibin cənub şərqində də Suriya ordusu Kəfər Bətix, Kəfər Dadix və İnqirati bölgələrini də terrorçuların işğalından azad edib.
Suriya ordusu terrorçuların İdlib vilayətində atəşkəsi təkrar pozmalarına cavab olaraq əməliyyatlara başladı və indiyədək bu vilayətin bəzi hissələrinə nəzarəti təmin edib.
İdlib vilayəti terrorçuların Suriyada son bazası hesab olunur və bu vilayətin eləcə də Hələbin qərbi və Laziqiyyənin şərq bölgələrinin azad edilməsi ilə Suriyada terrorizmə son qoyulacaq.