Fev 03, 2020 13:23 Asia/Baku
  • Parlament seçkilərində deputatlığa qadın namizədlərin sayı məlum olub
    Parlament seçkilərində deputatlığa qadın namizədlərin sayı məlum olub

Fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak edəcək qadınların sayı məlum olub.

APA-nın məlumatına görə, deputatlığa namizədlərin 299 nəfəri, başqa sözlə, 22,58 faizi qadındır.

Deputatlığa kişi  namizədlər isə 1025 nəfərdir. Yəni deputatlığa namizədlərin 77,42 faizi kişidir.

Hazırda 1324 deputatlığa namizəd var.

 əvvəlki parlament seçkilərindən fərqli olaraq bu dəfə namizədlərin sayı çoxdur. əvvəlki seçkilərdə bir dairədə 2, 4 və 5 namizəd olurdusa, indi 10-dan çoxdur:

Mərkəzi Seçki Kommisiyasında ( MSK) isə seçki prosesinin tam qanunvericiliyə uyğun keçirildiyini düşünürlər.Qurumdan bildirildiyinə görə, onlara verilən şikayətlərə də qanunvericiliyə uyğun baxılır.

PARLAMENT SEÇKİLƏRİNƏ QADIN NAMİZƏDLƏRİN SAYI BƏLLİ OLUB

Teqlər