Fev 06, 2020 19:45 Asia/Baku
  • İran dünyada odadavamlı polad hissələri istehsal edən beşinci ölkədir
    İran dünyada odadavamlı polad hissələri istehsal edən beşinci ölkədir

İranın sənaye, mədən və ticarət naziri İran İslam Respublikasının Amerika, Yaponiya, Hindistan və Çin ölkələrindən sonra odadavamlı polad hissələri istehsalı və texnologiyasına nail olduğunu bildirib.

Reza Rəhmani bu gün İranın Cəhar Məhal və Bəxtiyari vilayətində "Sefidəştin Zaqros odadavamlıları" adlı sənaye layihəsinin istifadəyə verilməsi mərasimində deyib: Bu zavod iranlı gənclərin özünəinamından və daxili bacarığa söykənmələrindən xəbər verir ki, ölkəni odadavamlı polad hissələr istehsalında iqtisadi müstəqilliyə çatdırıb.

Rəhmani əlavə edib: Bu sənaye obyektinin illik istehsal dəyəri 25 milyon dollar olaraq, bu miqdarda odadavamlı detalın İrana idxalını azaldır.

"Sefidəştin Zaqros odadavamlıları" zavodunda ilk dəfə olaraq 6 növ məhsul istehsal olunur ki, bu da İranın polad sənayesinin davamlı tökmə bölməsindəki ehtiyacını təmin edir.

Bu sənaye obyektində odadavamlı keramika kütlələri, müxtəlif tökmə məhsulları, stopperlər və yarımfabrikatlar istehsal olunur.

Teqlər