MSK sədri təşviqat prosesi ilə bağlı tapşırıq verib
https://azeri.sahartv.ir/news/Özəl-i357371-msk_sədri_təşviqat_prosesi_ilə_bağlı_tapşırıq_verib
Azərbaycan Respublikasında Milli Məclisə seçkilərlə əlaqədar sabah fevralın 8-i, “sükut günü”dür.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 07, 2020 18:10 Asia/Baku
  • MSK sədri təşviqat prosesi ilə bağlı tapşırıq verib
    MSK sədri təşviqat prosesi ilə bağlı tapşırıq verib

Azərbaycan Respublikasında Milli Məclisə seçkilərlə əlaqədar sabah fevralın 8-i, “sükut günü”dür.

Parlament seçkiləri ilə əlaqədar həmin gün seçkiqabağı təşviqat aparıla bilməz.

Seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-dən başlanılıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov  bildirib ki, Namizədlərin təşviqat materiallarını fevralın 8-i saat 08:00-dan tez müvafiq lövhələrdən yığışdırmaq olmaz.

Milli Məclis seçkilərdə 1 129 səlahiyyətli nümayəndə var.