Fev 09, 2020 20:42 Asia/Baku
  • Amerikanın regionda iştirakı dövrü bitibdir
    Amerikanın regionda iştirakı dövrü bitibdir

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: Bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin qanının bərəkətinə, amerikalıların Qərbi Asiya bölgəsindəki iştirak dövrü başa çatıb.

Əli Əkbər Vilayəti Qum şəhərində şəhid Soleymaniyə həsr olunmuş anım mərasimində əlavə edib: Amerikalılar elə təsəvvür edirdilər ki, general Soleymanini terror etməklə müqavimət cəbhəsi sönüklüyə doğru gedəcək, amma İran, Suriya, İraq, Livan və Fələstindəki müqavimət mehvəri qüdrətin zirvəsində durur.

Vilayəti bildirib ki, general Soleymaninin amerikalılar tərəfindən terror edilməsi onların həddən artıq ağılsız olduğunu göstərdi. O, deyib: Amerikalıların bu cinayəti bir daha onların hesablama yanlışlığını üzə çıxardı.

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri həmçinin axmaqcasına və xəbiscəsinə “əsrin sövdələşməsi” planının bütün fələstinli qrupların müttəfiq olmalarına səbəb olduğunu bildirib.

 

Teqlər