Ermənistan müdafiə nazirliyinin iki generalı kənarlaşdırılıb
Ermənistanın baş naziri bu ölkənin müdafiə nazirliyinin iki generalını kənarlaşdırıb.
Nikol Paşinyan çərşənbə günü bu iki hərbi rəsmini, onların Ermənistan silahllı qüvvələrində ölüm hallarının yüksək miqdarını tənqid etmələrindən sonra kənarlaşdırıb.
Kənarlaşdırılmış şəxslərdən biri, Ermənistanın hərbi polis rəisi Artur Baqdasaryan, digəri isə ordu işçiləri idarəsinin rəisi Aleksan Aleksanyandır.
İki il bundan öncə və Ermənistanda dinc inqilabdan sonra hakimiyyətə gəlmiş bu ölkənin baş naziri bazar ertəsi günü polis orqanlarının başçıları ilə Ermənistan ordusunun şəraiti ətrafında fikir mübadiləsi aparıb.
Ermənistanın yerli medialaırnın məlumatlarına əsasən, qeyd olunan iki hərbi rəsminin kənarlaşdırılması ola bilsin, təxminlərlə bağlı olmuş olsun. Belə ki, 2017-ci ildə bu ölkənin sabiq prezidenti tərəfindən təyin olunmuş Ermənistanın hərbi polis rəisi Artur Baqdasaryan 2018-ci il Ermənistan inqilabı gedişində dinc etirazçılara qarşı gücdən istifadə etmək niyyətində olubdur.
Belə bir şəraitdə Emənistanın on üç hərbçisi də 2020-ci ilin başlanmasından bəri cismani problemlər və ya intihar kimi müxtəlif dəillərə görə, həyatını itiribdir.