İran seçkiləri üzrə 82 seçki dairəsində səslərin sayılışının qəti nəticələri elan olunub
https://azeri.sahartv.ir/news/Özəl-i358161-İran_seçkiləri_üzrə_82_seçki_dairəsində_səslərin_sayılışının_qəti_nəticələri_elan_olunub
İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının sözçüsü İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkilərinin nəticələrinin bəzi seçki dairələrində qətiləşdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 22, 2020 17:40 Asia/Baku

İran Daxili İşlər Nazirliyinin Seçki Qərargahının sözçüsü İran İslam Şurası Məclisinə 11-ci çağırış seçkilərinin nəticələrinin bəzi seçki dairələrində qətiləşdiyini bildirib.

Seyyed Esmail Mousəvi bu gün müxbirlər qarşısında deyib: 208 seçki dairəsindən 82 seçki dairəsinin nümayəndələrinin adları qəti şəkildə müəyyənləşibdir.

Mousəvi bildirib ki, iri şəhərlərin nəticələri maksimum bazar gününədək elan olunacaq. O, sonra deyib: Bu günün sonunadək əksər seçki dairələrində yekunlaşdırma aparılaraq, nəticələr elan ediləcəkdir.