Fev 25, 2020 14:14 Asia/Baku
  • Bakı: İranın aviaşirkətləri tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq
    Bakı: İranın aviaşirkətləri tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq

Azərbaycan Respublikasının AZAL aviaşirkətinin prezidenti Cahangir Əsgərov deyib: Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında “İran Air” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq.

AZAL-ın mətbuat xidmətinin bildirdiyinə görə, bu aviyaşirkətin prezidenti Cahangir Əsgərov deyib: “Buta Airways” Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır.

Çin ilə daha geniş əlaqələrə malik olan Əfqanıstan, İraq və Türkiyə kimi  bəzi region ölkələri koronavirusun yayılmasına qarşı profilaktik tədbirlər adlandırdıqları hərəkətdə İranla uçuşlarını dayandırıblar. 

“Buta Airways” aviaşirkətinin rəhbərləri  hazırda İran istiqamətindəki uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmadıqlarını bildiriblər.

Eyni zamanda Bakı beynəlxalq hava limanında İrandan gələn reyslərdə sanitar- karantin nəzarəti gücləndirilib, məlumatda bildirilir.

 

Teqlər