İranda koronavirusa yoluxanlardan 73 nəfər sağalıb
Fev 28, 2020 21:55 Asia/Baku
İranın səhiyyə nazirliyi bildirib ki, indiyədək İranda koronavirusa yoluxmuş 73 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
İranın səhiyyə nazirliyinin ictimail əlaqələr və informasiya mərkəzinin direktoru Kiyanuş Cəhanpour bu gün müxbirlər qarşısında ölkədə 388 nəfərin koronavirusa yoluxduğunu vurğulayıb və belə deyib: Təəssüflə, indiyədək bu virusa yoluxma nəticəsində 34 nəfər həyatını itirib.
Cəhanpour qeyd edib ki, İranda yatırılan xəstələrin orta yaşı 50-dən, vəfat edənlərin orta yaşı isə 60-dan yuxarıdır.
Koronavirus epidemiyası ötən ilin dekabrında Çiniin Uhan şəhərindən başlanıb və zahirən onun mənşəyi, əhliləşdirilməmiş heyvanlar olublar.