Suriya ordusu Türkiyənin 4 pilotsuzunu vurdu
https://azeri.sahartv.ir/news/Özəl-i358648-suriya_ordusu_türkiyənin_4_pilotsuzunu_vurdu
Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri dünən bu ölkənin İdlib vilayətində Türkiyənin 4 ədəd PUA-nı vurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2020 09:21 Asia/Baku
  • Suriya ordusu Türkiyənin 4 pilotsuzunu vurdu

Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri dünən bu ölkənin İdlib vilayətində Türkiyənin 4 ədəd PUA-nı vurub.

Həmçinin Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri Həmah vilayətinin üzərində təcavüzkar pilotsuzlarla mübarizə aparıbdır.

Suriya ordusunun İdlib vilayətində Türkiyə hərbçiləri və bu ölkənin himayəsində olan terrorçularla döyüşlərinin şiddətlənməsilə bir zamanda dünən günortaçağı Suriya Müdafiə Nazirliyindəki bir mənbə bildiribdir ki, İdlibin səması qapalı hərbi zona elan olunubdur.

Suriya ordusunun və müttəfiqlərinin/ terror qruplarının Suriyadakı ən son bazaları sayılan İdlib vilayətindəki əməliyyatları Türkiyənin neqativ reaksiyaları və ardıcıl təhdidləri ilə üzləşibdir.

SURİYA ORDUSU TÜRKİYƏNİN 4 PUA-NI VURDU