Məhəmməd, Əli, Hüseyn və Zəhra, Azərbaycanda uşaqlara ən çox qoyulan adlar sırasındadır
https://azeri.sahartv.ir/news/Özəl-i358845-məhəmməd_Əli_hüseyn_və_zəhra_azərbaycanda_uşaqlara_ən_çox_qoyulan_adlar_sırasındadır
Azərbaycan Respublikasında 2020-ci ilin yanvar və fevral aylarında uşaqlara ən çox qoyulan adlar məlum olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 05, 2020 19:34 Asia/Baku
  • Məhəmməd, Əli, Hüseyn və Zəhra, Azərbaycanda uşaqlara ən çox qoyulan adlar sırasındadır

Azərbaycan Respublikasında 2020-ci ilin yanvar və fevral aylarında uşaqlara ən çox qoyulan adlar məlum olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən doğumu qeydiyyata alınmış oğlan uşaqlarına bu ilin ötən dövründə qoyulan adlar arasında Yusif ,  Uğur , Əli , Hüseyn , Məhəmməd üstünlük təşkil edir.  

Eyni zamanda cari ilin ötən dövründə qız uşaqlarına daha çox Zəhra , Məryəm , Zeynəb , Mələk , Nuray və Fatimə  adları qoyulub.