İŞİD Kabil terror hücumunun məsuliyyətini qəbul edib
İŞİD terror qrupu bir açıqlamada Əfqanıstanın paytaxtında keçirlən bir mərasimə qarşı terror hücumunun məsuliyyətini üzərinə götürüb.
İŞİD dünən yaydığı bu açıqlamada şəhid Əbduləli Məzarinin şəhadətinin 25-ci ildönümü mərasiminə qarşı terror hücumunun məsuliyyətini qəbul etməklə yanaşı, iddia edib ki, bu terror hücumunda 150 nəfər ölüb və yaralanıbdır.
İŞİD bildirib ki, Əhməd Əltaciki və Əbdurrəhman Əlmuhacir adlı iki kamikadze bu hücumu həyata keçirib.
Dünən axşam Kabildə Əfqanıstan İslami Vəhdət Partiyasının keçmiş rəhbəri şəhid Əbduləli Məzarinin şəhadətinin 25-ci ildönümü mərasiminə qarşı atəşaçma nəticəsində azı 27 nəfər ölüb, 55 nəfər də yaralanıbdır. Bu mərasimdə Əfqanıstanın yüksək vəzifəli rəsmiləri də iştirak ediblər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü bir müraciətdə həmin terror hücumunu pisləyib və Əfqanıstanın hökuməti və xalqı, həmçinin bu cinayət qurbanlarının ailələrinin kədəri ilə bölüşüb və onlara başsağlığı veribdir.
İŞİD KABİL TERROR HÜCUMUNUN MƏSULİYYƏTİNİ QƏBUL EDİB