Mart 11, 2020 11:56 Asia/Baku
  • Paşinyan Ermənistan konstitusiya məhkəməsi hakimlərinə hücum edib

Ermənistanın baş naziri Nikol Paşinyan Kacaran şəhərində "Referenduma-Bəli" kampaniyasındakı çıxışında bu ölkənin konstitusiya məhkəməsi hakimlərinin fəaliyyətini şübhə altına alıb və deyib ki, onlar bütün bədbəxtliklərin amilidirlər.

Paşinyan Ermənistan konstitusiya məhkəməsinin fəaliyyətlərinin konstitusiyaya uyğun olmalı olmasına təkid edib. O, xalqdan istəyibdir ki, qarşıdakı referendumda iştirakla asılı məhkəmə hakimlərini evlərində oturtsunlar.

Ermənistanın baş naziri 2018-ci il Ermənistan inqilabına toxunub və belə deyib: Xalq keçmiş prezident Serj Sarkisyanın kənara qoyduğu kimi elə bu üsulla 5 aprel referendumunda iştirakla Ermənistan konstitusiya məhkəməsinin sədri Herayr Tomasyanı da kənarlaşdıracaq.

Paşinyan Ermənistan konstitusiya məhkəməsinin üzvlərini asılı şəxslər və bu ölkədəki bütün bədbəxtliklərin amilləri adlandırıb və bildirib ki, onlar işsiz qalmalıdırlar.

Ermənistanın baş naziri vurğulayıb ki, ölkənin konstitusiya məhkəməsi mütəqil olmalı və kənar amillərin təsiri altında olmamalıdır.

Ermənistan əsas qanun referendumu aprelin 5-də keçirilməlidir.

Bu referendum əsas qanunun 213-cü maddəsinə düzəliş barədə qərar çıxarmaq üçün keçirilir ki, konstitusiya məhkəməsinin buraxılması və ya buraxılmaması məsələsi aydınlaşmış olsun.

Əgər bu referendumda 650 min nəfərin dörddə bir hissəsi səs verərsə, konstitusiya məhkəməsi buraxılacaqdır.

Son aylar Ermənistan hökuməti ilə konstitusiya məhkəməsi arasında ciddi gərginliklər yaranıb və sonda parlamentin qərarı ilə referendumla bu məhkəmənin məsələsinin həll edilməsi qərara alınıbdır.

 

PAŞİNYAN ERMƏNİSTAN KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ HÜCUM EDİB

Teqlər