Mart 24, 2020 20:09 Asia/Baku
  • Borrel İran və Venesuelaya dəstək verib

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi deyib ki, bu birlik İran və Venesuelanın koronavirusla mübarizə məqsədilə Beynəlxalq Valyuta Fondundan maliyyə yardımları almaq üzrə xahişlərini himayə edir.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Cozep Borrel dünən video formasında keçirilən bir mətbuat konfransında ABŞ-ın sanksiyaları şəraitində İran və Venesuelaya dərman yardımlarının göstərilməsi vacibliyini vurğulayıb.

Borrel vəd edib ki, qarşıdakı həftələrdə İran və Venesuelaya 200 milyon avro dəyərində zəruri əmtəə malları göndəriləcək.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi İran və Venesuelanın başlıca olaraq, Amerikanın sanksiyaları üzündən çətin vəziyyətdə olduqlarını bildirib. O, bu ölkələrlə qida maddələri və dərmana şamil olan humanitar həmkarlıqlar və ticarət mübadilələrinin həyata keçirilməsini mühüm adlandırıb.

Borrel bir daha, koronavirusla mübarizədə sürətli maliyyə imkanlarından istifadə etmələri üçün Beynəlxalq Valyuta Fondunun bu beynəlxalq orqana üzv digər ölkələr kimi İran və Venesuela ilə eyni həmkarlığa malik olmasının vacibliyini vurğulayıb.

İranın Mərkəzi Bankının müdiri Əbdulnasir Hemməti son zamanlar bildirdi ki, koronavirusla mübarizə istiqamətində Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyevaya məktubda İranın həmin fonddan 5 milyard dollar məbləğində sürətli yardım almaq üzrə haqqına təkid edibdir.

Eyni zamanda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Beynəlxalq Valyuta Fondundan istəyibdir ki, koronavirusla mübarizə üzrə xas şəraitə görə, İrana sürətli yardım göstərsin.

BORREL TEHRAN VƏ KARAKASA DƏSTƏK VERİB

Teqlər