Tramp: Əvvəl, Amerika!- Koronavirusda bu, özünü doğrultdu
https://azeri.sahartv.ir/news/Özəl-i359910-tramp_Əvvəl_amerika!_koronavirusda_bu_özünü_doğrultdu
2016-cı il ABŞ prezident seçkilərində demokrat partiyasının namizədi Amerikanın koronavirusa məruz qalan ölkələr siyahısında birinci olmasına görə, indiki prezidentin «Əvvəl, Amerika!» adı altında olan seçki şüarını tənə ilə xatırladıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 29, 2020 15:43 Asia/Baku
  • Tramp: Əvvəl, Amerika!- Koronavirusda bu, özünü doğrultdu
    Tramp: Əvvəl, Amerika!- Koronavirusda bu, özünü doğrultdu

2016-cı il ABŞ prezident seçkilərində demokrat partiyasının namizədi Amerikanın koronavirusa məruz qalan ölkələr siyahısında birinci olmasına görə, indiki prezidentin «Əvvəl, Amerika!» adı altında olan seçki şüarını tənə ilə xatırladıb.

Hillari Klinton dünyada koronavirusa yoluxma cəhətdən Amerikanın öncül olması barədəki xəbərlərə reaksiyada öz tvitter hesabında yazıb: Hazırkı prezident Donald Tramp «Əvvəl, Amerika!» vədini vermişdi.

Klinton bu cümləni təkrarlamaqla əslində tənə ilə Trampın 2016-cı il seçkilərindəki əsas şüarını xatırladıbdır.

«Vaşinqton Post» qəzeti bir məqalədə belə yazıb: Amerikada koronavirusa yoluxma nəticəsində ölənlərin sayının 1000-ə çatması bir ay çəkdi, lakin 2000 ədədinə çatmaq, təkcə iki gün sürdü.

Amerika hazırda dünya səviyyəsində ən çox koroanviruslu xəstəyə malikdir.

KORONAVİRUSDA- «ƏVVƏL, AMERİKA!»