Apr 19, 2020 22:29 Asia/Baku
  • İranda «Moraqeb» və «Xəlice Fars» radarlarının təqdimatı olub

İran İslam Respublikası Ordusunun baş komandanı general-leytenant Seyyed Əbdorrəhim Mousəvinin iştirakı ilə keçirilən mərasimdə «Moraqeb» və «Xəlice Fars» strateji radar sistemlərinin təqdimatı olub.

Uzaq mənzilli «Xəlice Fars» radar sistemi 800 kilometrdən çox mənzilə malikdir.

«Moraqeb» radarı da 400 kilometrlik mənzilə və dünyanın modern texnologiyasına malikdir. Mərhələli serial antennası olan bu radar sistemi modern texnologiya ilə işləyərək, bütün adi, stels və ballistik raketlər kimi hədəfləri aşkar edə bilir. «Moraqeb» radar sistemi üçcəhətli dəqiq nəzarət lokatorlarından biridir. Bu sistem hava hədəflərini olduqca yüksək diqqət və qeydəalma ilə aşkar edə, həmçinin stels təyyarələri, PUA-ları, eləcə də aşağı və orta yüksəklikdə uçan kiçik hədəfləri tuta bilir.

İRANDA İKİ RADAR SİSTEMİNİN TƏQDİMATI OLUB

 

Teqlər