Sionist rejimin planı BMT-nin insan haqları şurasında pislənib
BMT-nin insan haqları şurası sionist rejimin qərb sahilinin işğalı üzrə planına qarşı beynəlxalq tənqidlərin artması ilə bu planı pisləyibdir.
SəhərAzəri xəbər verir, Sionist «Ceruzalem Post» qəzetinin məlumatına görə, BMT-nin insan haqları şurası Cenevrədə keçirilən 43-cü yığıncağında sionist rejimin qərb sahilinin otuz faizlik işğalı barədəki qərarını pisləməklə insan haqları üzrə ali komissarlıqdan istəyibdir ki, bu addımın təsirləri barədə məlumat hazırlasın.
BMT-nin insan haqları şurası bu yığıncaqda sionistlərin qərb sahilində yerləşən fələstinli ərazilərdəki bizneslərinin boykot edilməsini istəyən «Qəsəbələr qətnaməsi» adlı qətnaməni 36 lehinə, 2 əleyhinə və 9 bitərəf səslə qəbul edib.
Hər il BMT-nin insan haqları şurasında qəbul olunan bu qətnamə həmçinin xəbərdarlıq edir ki, bu bizneslərdə iştirak edən şəxslərə beynəlxalq qanunlara əsasən cərimə düşür.
Sionist rejim Tramp hökumətinin himayəsilə qərb sahilinin otuz faizini işğal etmək niyyətindədir.