İyun 30, 2020 16:08 Asia/Baku
  • Zahidanda terror partlayışı

Media mənbələri İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Korrin bölgəsində terror partlayışının baş verməsindən xəbər veriblər.

SəhərAzəri yerli mənbələrə istinadən xəbər verir ki, Partlayış bu gün səhər Zahidan şəhərinin Korrin bölgəsindəki Gəluqah kəndinin yaxınlığında, Sepah qüvvələrinin iki avtomobilinin hərəkəti istiqamətində baş verib.

Zahidan əhalisinin İran İslam Şurası Məclisindəki nümayəndəsi Fəda Hüseyn Maleki bu xəbəri təsdiq edərək, deyib: Sepah qüvvələrinin iki avtomobili keçərkən «Ceyşulzulm» terror qruplaşması tərəfindən həyata keçirilən bu hücumda insan tələfatı olmayıb və təkcə bölgə üzrə Sepah komandanı yaralanıbdır.

«Ceyşulzulm» terror qruplaşması da öz teleqram kanalında bir açıqlama yayıb və bu terror hücumunun məsuliyyətini üzərinə götürübdür.

Sepah-ın ölkənin cənub-şərqi üzrə quru qoşunlarının Qüds qərargahının ictimai əlaqələr üzrə məsul şəxsinin sözlərinə görə, hazırda Sepah qüvvələri bölgədədir və məsələnin miqyasını araşdırmaqdadırlar.Sələfi və vəhhabi düşüncə tərzinə malik olan «Ceyşulzulm» terror qruplaşması Suriyadakı terrorçu və təkfirçi qrupların himayədarlarındandır.

Teqlər