Noy 08, 2020 17:05 Asia/Baku
  • Ruhani:

İran İslam Respublikası prezidenti ölkəsinə qarşı sanksiya tətbiq edən ölkələrin yolunun səhv olduğunu bəyan edərək, vurğulayıb: "ABŞ-ın yeni hökuməti qayda, qanunlara tabe olmalıdır".

SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə üzrə Milli Qərargahın bu günkü iclasında İran xalqının Ağ Ev rəhbərlərinin iqtisadi terrorizmi qarşısında bənzərsiz müqavimətini yüksək dəyərləndirərək, sanksiya tətbiq edənlərin heç vaxt öz məqsədlərinə nail ola bilməyəcəklərini başa düşmələrinə, bu təcrübədən dərs alaraq, qanun və qaydalara tabe olacaqlarına və öz öhdəliklərinə qayıdacaqlarına ümidvar olduğunu bildirib.

Ruhani əlavə edib: "İran xalqı müqavimət və səbirlə qarşı tərəfi qayda-qanunlara tabe olmağa məcbur edəcək".

Teqlər