Noy 21, 2020 07:58 Asia/Baku
  • Azərbaycan Respublikası Ağdamın işğaldan azad olunması münasibətilə sevinc içindədir

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bir müraciətdə "Ağdam"ın bu ölkəyə qaytarılmasını təbrik edib.

SəhərAzəri İRİB-ə istinadla xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva tvitterdə yazıb:

"27 illik Ağdam həsrətinə son qoyuldu. Vətənimizin füsunkar torpağının geri dönüşü mübarək".

Bu elə bir haldadır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu gün , bu ölkə ordusunun sülh razılaşmasına əsasən Ağdama daxil olduğunu və 27 il fasilədən sonra bu rayondan olan azərbaycanlı qaçqınlar və məcburi köçkünlərin öz ev-eşiklərinə qayıda biləcəyini bildirib.

Ağdam rayonu Bakının cənub-qərbindən 378 kilometr məsafədə yerləşir və Qarabağ bölgəsinin ən əhəmiyyətli rayonlarından biri hesab olunur. Bu rayon 1993-cü milad ilində Ermənistan tərəfindən işğal edilib.

Xatırladaq ki, 10 noyabrda Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında atəşkəslə bağlı razılaşma əldə olundub.

Bu razılaşmaya əsasən, Qarabağ bölgəsindəki rayonların nəzarəti Azərbaycan Respublikasına verilir.

Teqlər