Ruhani: "İran dünya və regionun ehtiyaclarını daha ucuz qiymətə təmin edə bilər"
İran İslam Respublikası prezidenti deyib: "İran bölgənin və hətta dünyanın enerjiyə olan ehtiyacını bəzi hallarda daha ucuz və daha asan təmin edə bilər".
SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti prezidenti bu gün Neft Nazirliyinin bir neçə milli layihəsinin video-konfrans formatında keçirilən açılış mərasimində əlavə edib: "İran iqtisadiyyatı böyük və dayanıqlı bir iqtisadiyyat olduğunu göstərib və bölgədəki heç bir ölkə üç il davam edən müharibədə müqavimət göstərmək və qələbə qazanmaq iqtidarında deyil".
Ruhani İran xalqının hər zaman öz mədəniyyəti ilə böyük işlər gördüyünü bəyan edərək, qeyd edib ki, İran coğrafi və geopolitik mövqeyi baxımından əhəmiyyətli bir ölkədir və dünyada heç bir güc İranı dünya və regiondan silə bilməz.
Bu gün İran İslam Respublikası prezidentinin göstərişi ilə Neft Nazirliyinin Buşehr, Çahar-Mahal və Bəxtiyari və Xuzistan vilayətlərində üç milli layihəsi istifadəyə verilib.