Dek 29, 2020 21:12 Asia/Baku
  • Ağ Ev üçün daha bir ağır məğlubiyyət

BMT Baş Assambleyasının beşinci komitəsi Amerikanın nüvə anlaşmasının əleyhinə yönəlmiş təklifinə qarşı çıxıb.

SəhərAzəri xəbər verir, beləliklə Tramp hökuməti 2020-ci ilin son günündə bu anlaşmadan sonuncu zərbəni alıb.

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının 2021-ci il büdcəsinə iki əlavə bənd daxil etmək cəhdi 142 ölkənin müxalifətilə üzləşərək, uğursuz qalıbdır. Həmin əlavələr İran əleyhinə sanksiyalar komitəsinin bərpası barədə olub.

Amerika tərəfinin bu haqdakı dəlilləri ondan ibarət olubdur ki, BMT-nin sanksiyalar komitəsi öz işini bərpa etməlidir. Çünki Amerika nüvə anlaşmasından çıxıb və Vaşinqtonun nöqteyi-nəzərincə, daha heç bir nüvə anlaşması mövcud deyildir.

Yalnız on ölkə Amerikanın bu fikrini dəstəkləyib. 110 ölkə bu planın əleyhinə çıxıb, 32 ölkə isə bitərəf qalıbdır.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Eshaq Ale-Həbib də ABŞ-ın bu hərəkətini siyasi addım adlandırıb və bu təklif barədə səsvermə keçirməyə çağırıb.

O, nüvə anlaşmasını İrana qarşı uzunmüddətli saxta böhran barədə çoxtərəfli diplomatik bir nailiyyət adlandırıb. Qeyd edib ki, 2231 saylı qətnamə yekdilliklə qəbul və Əhatəli Birgə Fəaliyyət Proqramı tərəfindən təsdiq olunubdur.

İranın BMT-dəki səfiri vurğulayıbdır ki, bu qətnaməyə əsasən, BMT Təhlükəsizlik Şurasının İrana qarşı əvvəlki sanksiyalarının bütün mexanizmləri yığışdırılıb.

Teqlər