Fev 10, 2021 15:29 Asia/Baku
  • İslam İnqilabının 42 illiyi şənliyi

İnqilab fəcrinin doğmasının 42-ci ildönümü ilə bir zamanda, bütün İranda, İslam İnqilabının amallarını himayə istiqamətində xalqın motosiklet və avtomobil formasında simvolik yürüşü keçirilib.

SəhərAzəri xəbər verir, İslam İnqilabı qələbəsinin 42-ci ildönümü günündə və koronavirusun builki yürüşün fərqli şəkildə keçirilməsinə bais olduğu bir şəraitdə xalq ölkə boyu simvolik motosiklet və avtomobil hərəkəti ilə inqilabın qələbəsinin 43-cü doğuşunu bayram edib.

İslami İranın həmişə səhnədə olan xalqı ölkənin hər yerində bu gün elə bir halda ilahi 22 bəhmən gününün ildönümünü əziz tutdu ki, koronavirusun yayılmasının qarşısını almaq üçün bir yerə toplaşmadan və səhiyyə protokollarına riayət etməklə ölkənin şəhər və kəndlərində motosiklet və avtomobil hərəkəti ilə digər bir qəhrəmanlıq yaratdı.

Bu mərasim eyni vaxtda mindən çox şəhər və kənddə keçirilib və bütün şəhər və kəndlərdə hərəkətin istiqaməti məscidlərdən başlanıb.

Teqlər