Böyük İran xalqının müqaviməti və dövlətin tədbiri Trampın məğlubiyyətinə gətirib çıxardı
İran prezidenti deyib: Böyük İran xalqının müqaviməti və dövlətin tədbiri Amerikanın öncəki hökumətinin İrana qarşı maksimum təzyiq və sanksiya tətbiq etmək sahəsində məğlub olmasına gətirib çıxardı.
Verilişin müddəti : 00:50:00
Tarix : 10-02-2021
-------------------------------------------------------
SəhərAzəri xəbər verir, Həsən Ruhani video-konfrans formasında keçirilən İslam İnqilabı qələbəsinin ildönümü günü mərasimində İran İslam İnqilabının 43-cü ilinin başlanmasını təbrik edərək, söyləyib: Böyük İran xalqı Ağ Ev-in müstəbidi- Donald Trampın qarşısında dayandı və səbir və müqavimətlə onu məğlubiyyətə doğru sürüklədi.
Ruhani daha sonra söyləyib: Əgər İran Amerikanın nüvə anlaşmasından çıxmasından dərhal sonra bu anlaşmadan çıxsaydı, sionist rejimlə Amerikanın fitnələri tarixin səhifəsində öz təzahürünə gəlib çatardı.
Amerikanın İrana qarşı qəddarcasına sanksiyaları və Tramp hökumətinin İran əleyhinə maksimum təzyiqini xatırladan İran prezidenti deyib: Bütün dünya xalqları bu günlərdə İran xalqına çox borcludurlar. Zira ötən üç ildə məhz İran xalqının müqaviməti və İran dövlətinin tədbiri ilə Trampın hökuməti məğlubiyyətə uğradı.
İran İslam Respublikasının prezidenti sonra söyləyib: Ötən bir ildə sanksiya, koronavirus, media təzyiqi və psixoloji müharibə, hərbi təhdidlər- dörd cəbhədə dörd təhdid İran İslam Respublikasını hədələdi, amma İran xalqı duruş gətirdi.
İranın icra hakimiyyətinin başçısı vurğulayıb: Maksimum sanksiya və iqtisadi savaş dövrləri bitdi, amma yekun qələbəyə çatmaq üçün səbir və müqavimətə ehtiyac var.