May 02, 2021 20:19 Asia/Baku

İran İslam İnqilabının Böyük Rəhbəri xalqa etdiyi müraciətdə prezident seçkilərinin möhtəşəm keçirilməsinə çağırdı.

Verilişin müddəti : 00:55:11

Tarix :             02-05-2021

 

-------------------------------------------------------

SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahül-uzma Xamenei deyib: Seçkilər sözün əsl mənasında mühüm bir fürsətdir. Və xalqı ondan məyus etmək yanlışdır. Aldadıcı vədlər verilməməli və namizədlər öz platformalarını təqdim etməlidirlər. Zira seçkilər dövlətçiliyimizim təməllərini möhkəmlədir.

O həzrətin sözlərinə görə, xalq səhnəyə gələrsə, heç bir güc ölkəni tərpədə bilməz. Seçkidə iştirak edən əslində ölkənin və gələcəyin taleyini düşünür. Bu səbəbdən kimsə seçkilərin əhəmiyyətini şübhə altına almamalıdır. 

İnqilab Rəhbəri bildiriblər: Bütün seçkilərimiz azad və ədalətli olub. Və cüzi pozuntuların nəticədə təsiri olmayıb. Əmanətə xəyanət heç bir seçkidə mütləq baş verməyib. Buna görə də yalan yerə ittiham etmək əxlaqiyyata ziddir, iğtişaş isə cinayətdir. 

Həzrət Ayətullahül-uzma Xamenei qeyd etmişlər ki, bəzi sözlər ABŞ-ın iddialarının təkrarıdır. Məsələn amerikalılar çoxdandır İranın nüfuzundan xeyli narahatdırlar. Şəhid Süleymanidən buna görə şikayətlənirdilər. Və bu səbəbdən də onu şəhid etdilər. Qüds briqadası və Şəhid Süleymani haqda danışarkən diqqətli olsunlar. Qüds briqadası insafən Qərbi Asiyada diplomatiyamızın aktivliyinə öz töhfəsini vermişdir.

İnqilab Rəhbəri daha sonra Qüds briqadasının keçmiş komandiri Şəhid Süleymaninin terror edilməsinə toxunaraq söyləyib: Onu təhdid etmişdilər ki, səni qətlə yetirəcəyik. O da dostlarına demişdi ki, məni dağlarda-düzlərdə axtardığım şeylə hədələyirlər. Belə fədakar insanlarımız var.

İnqilab Rəhbəri ölkənin hazırkı xarici siyasətinin etibarlı qurulmasına toxunaraq bildirib: Qərblilər İranın siyasətini öz çətirləri altına aparmaq istəyirlər. Qacarların sonlarında və Pəhləvi dönəmində İranın siyasətinə onlar nəzarət edirdilər. İslam inqilabı bu vəziyyəti dəyişdi və indi bu prosesi dəyişməyə çalışırlar. İranın Çin və Rusiya ilə əlaqələrinə xor baxmaları da bundan mənşə alır.

Həzrət Ayətullahül-uzma Xamenei söhbətinin davamında İranın təhsil sistemindən danışıb. “İranda təlim-tərbiyə düzgün qurulub. Və müəllimlərimiz ölkənin inkişafının zabitləridirlər. Onlar bu rolu dərk etdikdə, məsuliyyət də hiss edəcəklər. Çünki müəllimlik olduqca dəyərli işdir”-deyə İnqilab Rəhbəri vurğulayıb.

Aliməqamlı Rəhbər həmçinin fəhlə günü ilə əlaqədar bunları deyib: İranda fəhlələr himayə olunmalıdır, yeni iş yerləri açılmalıdır. Fəhlənin əlini Allah və onun Peyğəmbəri sevir. Peyğəmbərimiz fəhlənin əlini öpdü. İstehsal fəhlənin əməyi ilə mümkün olur. Onların İslam Respublikasının boynunda haqları vardır.

O həzrətin fikrincə, fəhləni himayə etmək milli sərvəti himayə etməkdir. Bu milli sərvət ölkəyə etibar qazandırır. Belə isə onların peşə təhlükəsizliyini təmin etmək lazımdır.

İnqilab Rəhbəri qeyd edib ki, sanksiyaları zərərsizləşdirməyin ən yaxşı yolu milli istehsalı gücləndirməkdir. Əgər düşmən istehsal sayəsində sanksiyaların təsirsiz olduğunu görərsə, onu ləğv etməyə məcbur olacaqdır.

 

 

----------------------------------------------------------------------------------------------------------------------------------

http://azeri.sahartv.ir/news

Teqlər