Ayaqları olmayan Rüstəm Nəbiyev 8000 metirlik zirvəni fəth etdi
Okt 08, 2021 11:45 Asia/Baku
Rusiyalı məşhur bloger artıq dünyanın ən hündür zirvəsi olan Everesti fəth etməyin bir addımlığında durdu
SəhərAzəri-nin məlumatına əsasən, 2015-ci ildə Rusiyanın Omsk şəhərində kazarmanın çökməsi nəticəsində ayaqlarını itirən tanınmış rusiyalı bloger Rüstəm Nəbiyev Nepalda 8163 metirlik zirvəni fəth edib. O, bunu əllərinin köməyi ilə edib.
Rüstəm Nəbiyevin fəth etdiyi zirvə dünyanın ən hündür zirvəsi olan Everest dağından sadəcə 685 metr alçaqdır.
Rüstəm Nəbiyev öncə də bir neçə zirvəyə o sıradan 5662 metrlik Elbrus zirvəsinə qalxmağı bacarmışdır. O Elbrus zirvəsini fəth etməsini arvadına və qızına həsr etmişdi.