Fev 11, 2022 18:03 Asia/Baku

Bu gün xalqın geniş iştirakı ilə 22 bəhmən yürüşləri keçirilib

Verilişin müddəti :  00:47:08

Tarix :                    11.02.2022

İRANDA XALQIN İŞTİRAKI İLƏ 22 BƏHMƏN YÜRÜŞLƏRİ KEÇİRİLİB 

SəhərAzəri-nin məlumatına əsasən, İslam inqilabının qələbəsinin 43-cü ildönümü günü bu il də pandemiya ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlərə görə bəzi şəhərlərdə avtomobil və motosiklet yürüşü formasında qeyd edilib.

22 bəhmən(11 fevral) islam inqilabının qələbəsinin ildönümü gününnün mərasimlərini 6500-dən çox daxili və xarici müxbir və media fəalı əks etdirir.

Pandemiya ilə əlaqədar paytaxt Tehranda 22 bəhmən yürüşləri avtomobil və motosikletlərin iştirakı ilə həyata keçirilir. Bunun üçün müəyyən istiqamətlər nəzərdə tutulub və hər il olduğu kimi İnqilab meydanı və Azadlıq meydanı mərasimlərin əsas mərkəzləri funksiyasına malik olub.

 

İnqilab nəğmələri və marşlar səsləndirilərkən Azadlıq meydanının abidə bürcündən əlvan şarların buraxılması, paraşutçuların tamaşalar təqdim etmələri, hava qoşunlarının manevrləri, helikopterlərin nümayişçilərin başına gül səpməsi, 22 bəhmən qələbə bayramına xüsusi həyəcan vermişdir.

Ölkənin digər şəhərlərində yerli rəhbərliyin qərarı əsadında pandemiyanın yayılma səviyyəsi nəzərə alınaraq yürüşlər piyada yaxud avtomobillərlə həyata keçmişdir.

 

 

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Teqlər