Avq 21, 2022 19:52 Asia/Baku

İranın tələbi ilə İslami Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilən “məscid günü” Məscidül-Əqsanın yandırılmasına görə təyin edilib, sionist düşmənlərə qarşı təyin edilib. Məscid gününə bu baxışla nəzər salmaq lazımdır.

21 Avqust (31 murdad) Ümumdünya məscid günü adlanır. 1969-cü milad ili 21 avqustda müsəlmanların ilk qibləsi olan Məscidül-Əqsa sionistlər tərəfindən yandırıldı. Bu hadisə əslində xristian-sionistlərin mövhum inancından mənşə alırdı. Həmin inanca görə Məscidül-Əqsa məhv edilməli və onun yerində Süleyman məbədi yaradılmalıdır ki, Həzrət İsa(ə) zühur etsin.
Sionistlərin Məscidül-Əqsaya qarşı bu məşum niyyəti eləcə də müsəlmanlar arasında ümumiyyətlə məscidin əvəzolunmaz mövqeyi nəzərə alınaraq İran İslam Respublikasının təklifi ilə İslami Əməkdaşlıq Təşkilatında 21 avqust ümumdünya məscid günü olaraq qəbul edilmişdir və hər il belə bir gündə Məscidül-Əqsaya qarşı sionistlərin təhlükəsi xatırlanır və eyni zamanda məscidlərə diqqət üçün xüsusi bir gün olaraq qeyd olunur.

Teqlər