May 07, 2023 18:11 Asia/Baku

İran prezidenti Özbəkistan qanunvericilik məclisinin sədri ilə görüşdə deyib:

İran İslam Respublikası ilə Özbəkistan arasında əməkdaşlıq barədə on səkkiz razılaşma və anlaşma sənədi imzalanıbdır ki, onların icrasının sürətləndirilməsi, əlaqələr səviyyəsini son dərəcə artıracaq.

Seyid İbrahim Rəisi dünən axşam Nuruddin Can İsmayılovla görüşdə əlavə edib: İran və Özbəkistan parlamentləri arasındakı təcrübə mübadiləsi, iki ölkə əlaqələrinin genişlənməsi istiqamətində müsbət və təsirli addım olacaq.

Rəisi İran ilə Özbəkistan arasındakı sivil və mədəni ortaqlıqları/ ticari-iqtisadi əməkdaşlıqların genişlənməsi və yüksəlişi üçün əlverişli zəmin adlandırıb.

«Seyid İbrahim Rəisi dövləti»nin xarici siyasət kursunu yüksək qiymətləndirən Nuruddin Can İsmayılov da bildiribdir ki, Özbəkistanda da bu prinsipial siyasətə uyğun surətdə, əsas qanuna düzəliş gedişində, qonşularla əlaqələrin genişləndirilməsi ön plana çəkilibdir.

 

Teqlər