İyul 19, 2023 18:36 Asia/Baku

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayaraq vətəndaşlara xəbərdarlıq edib.

Müraciətdə bildirilir ki, Məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. qəbuledilməzdir. Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər.

Qafqaz Müsəlmanları İdarəsi xəbərdarlıq edib ki, qanunlara əsasən, təziyə mərasimləri zamanı dövlətçilik ənənələrinə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyil.

Qeyd edək ki, Azərbaycan Respublikasında son illərdə Məhərrəmlik ayında, Aşurada dini ritualları yerinə yetirməyə hökumət tərəfindən maneçilik törədilir. Əsasən də bu il Azərbaycanda şiələrə qarşı xüsusi basqı müşahidə olunur. Bir çox şiə inanclısı məhz İmam Hüseyn (ə) ziyarətində olduğu üçün, İmam Hüseyn bayrağı ilə şəkili olduğu üçün saxta ittihamlarla həbs edilib.

Məhərrəm ayı müsəlman təqvimində hicri-qəməri ilin birinci ayıdır. Ay təqvimində ilin günlərinin sayı günəş təqvimindən 10 gün az olduğu üçün hər il fərqli günlərə təsadüf edir.

 

Teqlər